
Az.shafaqna.com xəbər verir ki, Gürcüstan Milli Statistika Xidməti “Gürcüstanda yeniyetmə cinayətkarlığı” ilə bağlı məlumatları diqqət çəkib.
Belə ki, Gürcüstan Milli Statistika Xidmətinin məlumatlarına görə, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində 14 yaşdan 17 yaşa qədər olan 643 yeniyetmə müxtəlif cinayətlər törətdiklərinə görə saxlanılıb.
Saxlanılan yeniyetmələrin ən çox olduğu ərazi Tbilisi şəhəridir, burada saxlanılanların 40%-i qeydə alınıb. Yeniyetmə cinayətkarlığının sayına görə ikinci yerdə Acarıstan, üçüncü yerdə isə İmereti regionu gəlir.
Saxlanılan yeniyetmələrin əksəriyyəti aşağıdakı cinayət əməllərində ittiham olunur:
- Oğurluq
- Qəsb
- Səhhətə zərər vurma
- Təhdidlər
- Narkotiklərlə bağlı cinayətlər
Həmin dövrdə – 2025-ci ilin yanvarın 1-dən noyabrın 1-dək – 1 182 nəfər 18 yaşınadək şəxs müxtəlif cinayətlərdən zərərçəkən qismində tanınıb.
Zərərçəkən yeniyetmələrin əsas hissəsini ailə zorakılığı və döyülmələrin qurbanları təşkil edir.
Bundan əlavə, 2025-ci ilin 10 ayı ərzində 147 yeniyetmə cinsi cinayətlərin qurbanı kimi qeydə alınıb. Bu cinayətlərə zorlama, 16 yaşına çatmayan şəxslə cinsi əlaqə (Gürcüstanda razılıq yaşı) və əxlaqsız hərəkətlər daxildir.
Gürcüstanda “Yetkinlik Yaşına Çatmayanların Müdafiəsi haqqında Qanun” qüvvədədir. Bu qanuna görə:
- Yetkinlik yaşına çatmayanların cinayət qurbanı kimi tanınması proseduru sadələşdirilmişdir.
- Yetkinlik yaşına çatmayanlara qarşı törədilən cinayətlər xüsusi nəzarətdə saxlanılır.
Qanunvericilik həmçinin yeniyetmələrin məsuliyyətə cəlb edilməsi məsələsini tənzimləyir və onların cinayət əməllərinə görə yetkin şəxslərə nəzərdə tutulan cəzalardan daha yüngül cəzaların tətbiqini nəzərdə tutur.

























