
Az.shafaqna.com xəbər verir ki, İsrail Prezidenti İshaq Hersoq Baş nazir Benyamin Netanyahunun korrupsiya ittihamları ilə bağlı əfv müraciəti barədə beynəlxalq mediaya açıqlama verib.
Hersoq, ABŞ-ın sabiq Prezidenti Donald Trampın Netanyahunun əfv edilməsi ilə bağlı çağırışlarına cavab olaraq, “Trampın dostluğuna və fikirlərinə hörmət edirəm, lakin İsrail suveren dövlətdir və qərarları müstəqil qəbul edir” deyib.
İsrail Prezidentinin bu bəyanatı “Politico” nəşrinə verdiyi müsahibə zamanı səsləndirilib və Netanyahunun məhkəmə işi ətrafındakı siyasi gərginliyi bir daha ön plana çıxarıb.
Netanyahuya qarşı irəli sürülən cinayət işləri (“İş 1000”, “İş 2000” və ən ağır olan “İş 4000”) ümumilikdə rüşvət alma, dələduzluq və etimadı sui-istifadə ittihamlarını əhatə edir.
Rüşvət ittihamları (İş 4000): Netanyahunun telekommunikasiya nəhəngi “Bezeq” şirkətinə güzəştlər müqabilində nəzarətində olan xəbər saytında (Walla News) müsbət xəbərlər dərc etdirməsi iddia olunur. İsrail qanunlarına görə, rüşvət ittihamı ilə təqsirləndirilən şəxsi 10 ilədək həbs cəzası gözləyir.
Digər ittihamlar: Bahalı hədiyyələr alma (“İş 1000”) və media ilə qanunsuz sövdələşmələr aparma (“İş 2000”) kimi ittihamlar üzrə isə 3 ilədək həbs cəzası nəzərdə tutulur.
Hersoq bəyan edib ki, Netanyahunun müraciəti Ədliyyə Nazirliyi vasitəsilə standart prosedura uyğun ciddiyyətlə araşdırılacaq. Lakin prezidentin ətrafı, Hersoqun əfvi qarşılığında Netanyahudan Baş nazir postundan istefa vermək, 7 Oktyabr 2023-cü il hadisələrinin araşdırılması üçün Dövlət İstintaq Komissiyasının yaradılması. cinayəti etiraf etmək və ya peşmançılıq ifadə etmək tələb edilə bilər.
Hersoq, bu prosesin İsrail cəmiyyətinə “zəhərli təsir” göstərdiyini və böhranın həll edilməli olduğunu qeyd edib. Netanyahunun özü isə bu məhkəməni “seçkilərdən kənar yolla onu vəzifədən uzaqlaşdırmaq cəhdi” adlandırır.
Ədliyyə Nazirliyində başlayan əfv müraciətinə baxılma prosesinin bir neçə həftə, hətta bir neçə ay çəkəcəyi gözlənilir.





























