
Az.shafaqna.com xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, Alyaska ştatında 7 bal gücündə zəlzələ qeydə alınıb.
Yeraltı təkanların episentri Yakutat şəhərindən təxminən 90 kilometr şimalda yerləşib.
Zəlzələ ocağının dərinliyi isə 10 kilometr təşkil edib.
Hazırda hadisə nəticəsində hər hansı tələfat və ya dağıntı barədə məlumat daxil olmayıb.






























