
Aprel ayından bəri Yaponiyada ayıların insanlara rekord sayda hücumu baş verib.
Az.shafaqna.com xəbər verir ki, bu cür hücumlar zamanı çox sayda insan ölüb və yaralanıb.
Ayılar insanların qaldıqları yerlərə gəldiyi üçün artıq hökumət bununla bağlı tədbirlər görmək məcburiyyətində qalıb.
Qeyd edilib ki, 8 ay ərzində ayı hücumları nəticəsində 13 nəfər ölüb, 217 nəfər isə müxtəlif xəsarətlər alıb.






























