Cənubi Afrika Respublikasının sahil zonasında balıq ehtiyatlarının ciddi şəkildə azalması Afrika pinqvinlərinin sayının sürətlə düşməsinə səbəb olur.

Az.shafaqna.com xəbər verir ki, bu barədə CAR-ın Meşəçilik, Balıqçılıq və Ətraf Mühit Nazirliyi ilə Böyük Britaniyadakı Ekseter Universitetinin birgə hesabatında qeyd olunub.

Son üç onillikdə bu nadir pinqvin növünün populyasiyası 95% aşağı düşüb və bu, onların məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını göstərir.

Sənəddə bildirilir ki, təkcə 2004–2011-ci illər ərzində 60 mindən artıq Afrika pinqvini qida çatışmazlığı səbəbindən tələf olub.

Hazırda təbiətdə cəmi 20 minə yaxın Afrika pinqvini qalıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər vəziyyət bu templə davam etsə, növ 2036-cı ilə qədər tamamilə yox ola bilər.

Əvvəlki məqalə“Trampın planları ilə Türkiyənin maraqları üst-üstə düşür”
Növbəti məqalədəYaponiyada ayı hücumlarının sayı rekord həddə çatıb