İsrailin dərdi yalnız “Hizbullah”ın silahları deyil. Düşmən olan İsrail Livanı mərhələli şəkildə işğal etmək istəyir“.

Az.shafaqna.com “mehrnews”ə xəbər verir ki, bu barədə Livanın “Hizbullah” hərəkatının lideri Şeyx Naim Qasim bəyan edib.

O deyib ki, “Hizbullah” və müqavimət cəbhəsi azadlıq, şərəf və əxlaq üzrə hərəkət etdiyi üçün onları yox etmək istəyirlər.

Livan sionist rejimin ekspansionist və təhlükəli aqressiyası ilə üzləşib. Bu rejimə qarşı hər cür üsul və metodla mübarizə aparılmalıdır. Bu düşmən işğalçıdır və mövcud sazişləri belə pozur. Düşmənin hücumları dayanmayacaq. İsrailin dərdi təkcə “Hizbullah”ın silahları deyil, düşmən olan İsrail Livanı mərhələli şəkildə işğal etməyi planlaşdırır“, – deyə Şeyx Naim Qasim qeyd edib.

Dünya heç kim bizim müdafiə qabiliyyətimizə mane ola bilməz“, – deyə o əlavə edib.

Əvvəlki məqalə“Bu, Ukraynaya qalib gəlməyə imkan verməyəcək”
Növbəti məqalədə“Trampın planları ilə Türkiyənin maraqları üst-üstə düşür”