
Ukraynaya maddi yardım münaqişənin uzanmasına səbəb olacaq və bu, heç bir halda Kiyevə qalib gəlməyə imkan verməyəcək.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Slovakiya prezidenti Peter Pelleqrini bəyan edib.
O deyib ki, silah və hərbi təchizat alması üçün Ukraynaya göstərilən dəstək yalnız müharibəni uzadacaq və bu yardımlar Ukrayna üçün dağıdıcı nəticələrə gətirib çıxaracaq.
Pelleqrini bildirib ki, Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi fikri Avropa İttifaqı (Aİ) üçün risklər daşıyır.






























