Britaniyada yaşayaş müsəlmanların xeyriyyə aksiyaları ölkədəki sosial xidmətlərin sahəsində ciddi rola sahibdir.

Az.shafaqna.com xəbər verir ki, bu qənaətə krallıqdakı sosioloqlar gəliblər.

Müsəlman xeyriyyəçilər sosial işlərə hər il 2,2 milyard funt sterlinq (2,9 milyard dollar) sərf edirlər ki, bu da müsəlman icmasını ölkənin ən səxavətli cəmiyyəti edir.

Müsəlman xeyriyyəçinin verdiyi ianənin orta məbləği digər ianələrin orta məbləğindən 4 dəfə çoxdur. Müsəlman yardımsevərlər xeyriyyəyə digər dinlərin nümayəndələrindən 10 dəfə daha çox xərcləyirlər.

Müsəlmanlara aid xeyriyyə fondları sosial xidmətlərin geniş spektrini təqdim edir – yaşayış yeri və ərzaq ilə təminat, psixoloji yardım, fövqəladə hallardan əziyyət çəkən ailələrin xərclərinin qarşılanması.

Əvvəlki məqaləAktiv ƏDV ödəyicilərinin sayı açıqlanıb
Növbəti məqalədə“Bu, Ukraynaya qalib gəlməyə imkan verməyəcək”