Az.shafaqna.com-un verdiyi xəbərə görə, Azərbaycanın iki boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında mərhələ adlayıb.

Məlumata əsasən, mundialın ikinci günündə Avropa çempionu Sübhan Məmmədov (48 kq) ilk döyüşündə Filippin təmsilçisi Joey Kano ilə qarşılaşıb.

Azərbaycanlı idmançı üçüncü raundda rəqibini tam üstünlüklə məğlub edərək 1/8 finala yüksəlib. O, növbəti mərhələdə ilk döyüşdən azad olan Tacikistan boksçusu Mehron Şafiyevlə qarşılaşacaq.

Zaur Qəhrəmanov (67 kq) da turnirə qələbə ilə başlayıb. O, Qambiya təmsilçisi Şeyx Sarrı ilk raundda məğlub edərək 1/8 final mərhələsinə adlayıb. Qəhrəmanov növbəti döyüşündə Argentina boksçusu Tomas Kasazza ilə üz-üzə gələcək.

Azərbaycanlı boksçular dünya çempionatında növbəti mərhələyə yüksəlib (FOTO)

Əvvəlki məqaləAlmaniya parlamenti yeni hərbi xidmət modelini təsdiqlədi
Növbəti məqalədəAzərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşır