Dünya birliyi Dağlıq Qarabağa humanitar yardım etməlidir. Az.shafaqna.com Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.
“Dünya birliyi və şübhəsiz ki, münaqişənin həllində iştirak edən ölkələr qarşısında zərərdəyən rayonlara yardım etmək, qaçqınların qayıdışı ilə bağlı humanitar problemlərin həlli, dağıdılmış infrastrukturun bərpası, tarixi, dini və mədəni abidələrin qorunması və bərpası ilə bağlı vəzifə durur”, – deyə Putin qeyd edib.
Onun sözlərinə görə, Rusiya tərəfindən Dağlıq Qarabağ bölgəsindəki silahlı qarşıdurmanı dayandırmaq üçün aktiv vasitəçilik səyləri göstərilib.
Bu məqaləni paylaş