Az.shafaqna.com-un verdiyi xəbərə görə, paytaxtın Yeni Suraxanı və Şüvəlan qəsəbələrini əlaqələndirən 146 nömrəli marşrut üzrə mövcud avtobusların yenilənməsi həyata keçiriləcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

AYNA tərəfindən keçirilən müsabiqənin nəticəsinə əsasən, dekabrın 7-dən sərnişinlərin xidmətinə müasir “Karsan” markalı avtobuslar veriləcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0.55 AZN təşkil edəcək.

Qeyd edilib ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.

Əvvəlki məqaləAzərbaycan və Pakistan arasında futbol sahəsində Anlaşma Memorandumu imzalandı
Növbəti məqalədəÜTT-yə üzvlük yolunda: Azərbaycanın gördüyü işlər masaya qoyuldu