
Rusiyanın baş naziri Mixail Mişustin və Azərbaycanın baş naziri Əli Əsədov telefon danışığı keçirilib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Rusiya hökumətindən məlumat verilib.
Tərəflər ikitərəfli əməkdaşlıqla bağlı aktual məsələləri, eləcə də MDB çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsini müzakirə ediblər.
Bildirilib ki, onlar Rusiya–Azərbaycan ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığının mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar, eləcə də MDB daxilində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Mişustin və Əsədov sənaye, energetika, nəqliyyat infrastrukturu və digər sahələrdə birgə layihələrin irəli aparılmasının vacibliyini də xüsusi qeyd ediblər.






























