
Türkiyə Rusiya istehsalı S-400 zenit raket komplekslərindən (ZRK) imtina etməyə doğru hərəkət edir.
Az.shafaqna.com xəbər verir ki, bu iddia ilə ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak çıxış edib.
O, “Türkiyə Rusiya sistemlərindən imtinaya yaxındırmı?” sualının cavabında “Bəli” deyə bildirib.
Barrakın fikrincə. bu məsələ yaxın 1,5 ildə həll ola bilər.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyun ayında elan etmişdi ki, Ankara-Vaşinqton dialoqunda S-400 məsələsi müzakirə üçün qapaılıdır.
Həmçinin Türkiyə Müdafiə Nazirliyi də S-400-lərin Rusiyaya geri qaytarılması iddialarını da təkzib edib.






























