
Fransada dini zəmində, xüsusilə də müsəlmanlara qarşı baş verən diskriminasiya halları artıb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Fransa ombudsmeninin “Dini zəmində diskriminasiya” adlı hesabatında bildirilib.
Sənəd 2024-cü ildə Fransada 5 min nəfər arasında aparılmış sorğu əsasında tərtib edilib.
Qeyd edilib ki, ölkədə dini diskriminasiyaya ən çox müsəlmanlar məruz qalır.
Əlavə edilib ki, müəyyən dini cəmiyyətlərə qarşı damğalayıcı diskursun təsiri ilə bu cür diskriminasiya çox vaxt “normallaşdırılır”.
Sorğu iştirakçılarının 7 faizi deyib ki, son 5 il ərzində dini diskriminasiyaya məruz qalıb. 2016-cı ild isə həmin göstərici 5% idi. Üstəlik, söhbət müsəlmanlardan gedərkən isə, bu göstərici əhəmiyyətli dərəcədə yüksək olurr: sorğuda iştirak edən müsəlmanların 34 faizi son 5 il ərzində dini diskriminasiyaya məruz qaldıqlarını bildiriblər (2016-cı ildə bu göstərici 27 faiz idi).






























