Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Vernon Koaker və Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda hərbi sahədə əməkdaşlığı, həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Müdafiə naziri Suren Papikyan 5 dekabrda Müdafiə Nazirliyinin inzibati kompleksində Birləşmiş Krallığın müdafiə üzrə dövlət naziri, lord Vernon Rodni Koakeri, eləcə də Böyük Britaniyanın Ermənistandakı ilk rezident-hərbi attaşesi mayor Tomas Şorland Bollu qəbul edib. Görüş zamanı Ermənistan və Birləşmiş Krallıq arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub”, – məlumatda qeyd edilir.

Tərəflər mövcud əməkdaşlıq səviyyəsini müsbət qiymətləndirib və onun daha da inkişaf etdirilməsinə hazır olduqlarını bildiriblər.

Əvvəlki məqaləSOCAR Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək
Növbəti məqalədəMəktəbdə kütləvi zəhərlənmə baş verib