Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “UCC Holding” arasında Suriyanın paytaxtında yerləşən Dəməşq Hava Limanına yanacaq təchizatı üzrə Anlaşma Memorandumu imzalanıb.
“Az.shafaqna.com” xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Şirkətlər aeroportu yanacaqla təchiz edəcək və zəruri infrastrukturu təmin edəcək birgə müəssisənin yaratmağı nəzərdə tutur. Birgə müəssisədə SOCAR-ın rolu yanacaq təchizatı əməliyyatlarına texniki dəstək göstərmək və aviasiya yanacağının təchizatını təmin etmək olacaq.
Bu il sentyabrın 6-da SOCAR və “UCC Holding” Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumları imzalayıb.
Bu məqaləni paylaş
