Gürcüstan Pravoslav Kilsəsi bu gün müqəddəs “Ninoba” gününü qeyd edir.
Az.shafaqna.com Gürcüstan mediasına istinadən xəbər verir ki, “Ninoba” ilə əlaqədar olaraq məbədlərdə bayram ayinləri təşkil olunacaq.
Kilsə ənənəsinə görə, Müqəddəs Nino əslən Kapadokyadan idi. Gürcüstana IV əsrdə, Kral Mirianın dövründə gəlib. 326-cı ildə xristianlığın dövlət dini elan edilməsi ilə əlaqələndirilir.
Məlumata görə, Pravoslav Kilsəsi Müqəddəs Ninonu ildə iki dəfə Gürcüstana gəlişi günü 1 iyunda və onun ölüm günü 27 yanvarda anır.
Bu məqaləni paylaş