Pakistan və Ermənistan rəsmiləri qarşılıqlı şəkildə səfirliklərin açılması prosesində üzərində aktiv şəkildə iş aparır.

Az.shafqna.com xəbər verir ki, bu barədə erməni KİV-ləri öz diplomatik mənbələrinə istinadən yazıb.

Qeyd edilir ki, səfirliyin açılması 2026-cı ilə planlaşdırılıb.

Ermənistan Xarici İşlər Nazirliyi də bu xəbəri təkzib etməyib:

Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünikeni imzalamaqla, Ermənistan və Pakistan hökumətləri nümayəndə mübadiləsi və qarşılıqlılıq əsasında diplomatik münasibətlərin qurulması məqsədilə bir-birinə lazımi dəstəyi verməyə dair razılaşıb. Bu kontekstdə, ictimaiyyət hadisələrin növbəti gedişatı barəsində lazımi şəkildə məlumatlandırılacaq“.

Xatırladaq ki, bir neçə ay öncə hər iki ölkə bir-birini rəsmi şəkildə tanıyaraq bir-biri ilə diplomatik münasibətlər qurub.

Əvvəlki məqaləDünyanın 3-cü ən böyük məscidi və ən hündür minarəsi
Növbəti məqalədəGeminid meteor yağışı müşahidə olunacaq – NƏ ZAMAN?