Gürcüstan gələn tədris ilindən etibarən dövlət universitetlərinə xarici tələbə qəbulunu qadağan edəcək.

Az.shafaqna.com xəbər verir ki, bunu Gürcüstanın təhsil naziri Givi Mikanadze açıqlayıb.

Onun sözlərinə görə, bu qadağa özəl ali məktəblərə şamil olunmur və onlar belə bir addımı yalnız istəkləri ilə ata bilərlər.

“Dövlət universitetləri ölkənin maraqlarına uyğun fəaliyyət göstərməlidir. Özəl ali məktəblər isə əvvəlki qaydada işini davam etdirəcək və xarici tələbələri qəbul etmək imkanı saxlayacaq. Gələn tədris ilindən dövlət universitetlərinə xarici tələbə qəbulu mümkün olmayacaq”, – deyə Givi Mikanadze bildirib.

2024/25-ci tədris ilində Gürcüstan universitetlərində tələbələrin ümumi sayı rekord həddə – 187,8 minə çatıb. Onların 37,1 mini isə xarici tələbələrdir ki, bu da əvvəlki tədris ili ilə müqayisədə 21% çoxdur.

Əvvəlki məqaləGünün rəsmi valyuta məzənnəsi (04.12.25)
Növbəti məqalədəHacı Soltan Əlizadə mərhum Arif Buzovnalıya ithafən şeir yazıb