
2025-ci ildə ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.
Az.shafaqna.com xəbər verir ki, bu reytinqi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası hazırlayıb.
Siyahıya “Real Madrid”in və Fransa millisinin hücumçusu Kilian Mbappe başçılıq edir. 26 yaşlı futbolçu ilin gedişində rəqib qapılarını 60 dəfə mərkəzə göndərib.
İkinci yerdə Almaniyanın “Bavariya” klubunda çıxış edən və İngiltərə millisini təmsil edən Harri Keyn qərarlaşıb – onun hesabında 54 qol var. İlk üçlüyü isə “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holann tamamlayır. O, bu müddətdə 51 qol vurub.
Qeyd edək ki, siyahı 1 yanvar – 30 noyabr tarixləri arasında keçirilmiş matçlar əsasında tərtib olunub.






























