
Türkiyənin İzmir şəhərində “Doğu Akdeniz – 2025” (Şərqi Aralıq dənizi – 2025) dəvət təlimi keçirilib.
Bu barədə “Az.shafaqna.com”a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimdə Türkiyənin hərbi qulluqçuları ilə yanaşı Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup heyəti, ABŞ hərbçiləri və Pakistan Ordusunun dəniz patrul təyyarəsi iştirak ediblər.
Təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı iştirakçı ölkələrin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.
Qeyd edək ki, dəvət təliminə on doqquz ölkədən hərbi qulluqçular müşahidəçi qismində qatılıblar.






























