Az.shafaqna.com-un verdiyi xəbərə görə, İndoneziyanın Sumatra adasında musson yağışlarının səbəb olduğu daşqın, torpaq sürüşməsi və palçıq axını nəticəsində ölənlərin sayı 712-yə çatıb.

Xarici KİV-lərin verdiyi məlumata əsasən, 507 nəfər itkin düşüb.

Noyabrın 25-dən başlayan şiddətli yağışların səbəb olduğu fəsadlarla əlaqədar adadakı 3 əyalətdən 1,1 milyon nəfər təxliyə edilib. Ölü sayının artma ehtimalı var.

Qeyd edək ki, noyabrın 25-dən bəri musson yağışları Cənubi və Cənub-Şərqi Asiyada böyük fəsadlara səbəb olub. Təbii fəlakət Tailand, Şri-Lanka, Malayziyada yüzlərlə insanın ölümünə səbəb olub, ümumilikdə 4 milyon insanın həyatına təsir edib.

Əvvəlki məqaləAvropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə dekarbonizasiya üzrə əməkdaşlıq müzakirə edilib
Növbəti məqalədəRusiya tankerlərə hücumlara cavab olaraq Ukrayna limanlarına zərbələri genişləndirəcək – Putin