Az.shafaqna.com-un verdiyi xəbərə görə, еnergetika naziri Pərviz Şahbazov ilə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç arasında görüş keçirilib.

Nazirlikdən verilən məlumata əsasən, görüşdə enerji sahəsində Azərbaycan-Aİ əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycanın Avropanın enerji təchizatındakı etibarlı tərəfdaş rolu, habelə bərpaolunan enerji sahəsində fəaliyyəti yüksək qiymətləndirilib. Görüş zamanı “Enerji Dialoqu” formatında əməkdaşlıq əlaqələrinin davam etdirilməsi, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan Avropaya elektrik enerjisi ixracını təmin edəcək “Yaşıl Enerji Dəhlizi” layihələrinin icrası nəzərdən keçirilib.

Görüşdə, həmçinin “EU4Energy” proqramı, dekarbonizasiya, enerji səmərəliliyi, hidrogen və digər perspektivli istiqamətlər üzrə əməkdaşlıq məsələlərinə də toxunulub.

Əvvəlki məqaləGürcüstan Qara dəniz sualtı kabel layihəsi üçün Avropa İttifaqından maliyyə dəstəyi alacaq
Növbəti məqalədəİndoneziyada daşqın səbəbindən həyatını itirənlərin sayı artıb