Noyabrın 16-dan 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 23 610 vətəndaş müraciəti daxil olub.

Bu barədə Az.shafaqna.com Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müraciətlərin 14 006-sı çağrı mərkəzləri, 5 161-i elektron, 1103-ü isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 340 müraciət qeydə alınıb.

Müraciətlər şagirdlərin elektron yerdəyişməsi, eksternat imtahanı, xarici diplomların təsdiqi, direktorların işə qəbulu imtahanları, “Rəqəmsal məktəb” və digər məsələlərlə bağlı olub.

Əvvəlki məqaləVergi Məcəlləsinə və 16 qanuna dəyişikliklər ikinci oxunuşda qəbul edilib
Növbəti məqalədəXİN-in kollegiya üzvlərinin sayı və tərkibi təsdiqlənib