
Finlandiyalı müəllim İslama gəlişi barəsində danışıb.
Az.shafaqna.com xəbər verir ki, o, İranın Məşhəd şəhərində yerləşən İmam Rza (ə) hərəmini ziyarət edərkən kəlimeyi-şəhadət gətirərək müsəlman olub.
O, 8-ci İmamın (ə) ehtiramına özünə yeni ad da seçib – “Rza”.
Rza deyr ki, əvvəllər İslam dini ilə maraqlanmayıb və yeni bir dini qəbul etmək barəsində isə heç düşünməyib.
“Mənim İslam barəsində biliklərim olduqca səthi idi, çox az məlumatlı idim”, – deyə o bildirib.
“Peşəm müəllimlikdir və müxtəlif dinlərdən olan şagirdlərim var. Məktəbdəki bu dini müxtəliflik mənim üzümə İslam dinini anlamaq yolunu açdı”, – deyə Rza əlavə edib.
Onun sözlərinə görə, əvvəl-əvvəl İslam dininə qarşı xüsusi bir hissi olmayıb, lakin onunla tanış olduqdan sonra ondan içində yaranmış bütün sualların cavabını tapmaq marağı yaranıb.
O qeyd edib ki, ana dilində – fin dilində Qurani-Kərimi oxuyarkən mənəvi nurlanma yaşamağa başlayıb.
“Mən olduqca sakit, rahat və aramam. İslamla bağlı daha çox detalı öyrənməyə çalışıram, kitablar və məqalələr oxuyuram, görkəmli müsəlman şəxsiyyətlərinin fikirləri ilə tanış oluram”, – deyə o əlavə edib
Rza bildirib ki, vətəni Finlandiyaya qayıtdıqda öz həmvətənlərini İslam dini barədə maarifləndirməyə çalışacaq.






























