
Pakistan və Əfqanıstan nümayəndələri arasında sərhəddəki vəziyyətin həlli ilə bağlı aparılan növbəti danışıqlar yenə nəticə verməyib.
Az.shafaqna.com xəbər verir ki, 30 noyabrda Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Ər-Riyadda keçirilən qapalı görüşlər iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişə gətirməyib.
Tərəflər elastiklik göstərməyərək qarşılıqlı kompromisə getməkdən imtina ediblər və transsərhəd terrorizmi ilə bağlı problemi həll edə bilməyiblər.
Danışıqlar zamanı Pakistan Səudiyyə Ərəbistanının Əfqanıstanla sərhəd ticarətini bərpa etmək təklifini qəbul etməyib.






























