
Az.shafaqna.com TMZ-a istinadən xəbər verir ki, Həbib Nurmaqomedovun meneceri Əli Əbdül-Əziz idmançının atası Əbdülmanaf Nurmaqomedovun vəfatının fonunda onun gələcəyi haqda danışıb.
Əbdül-Əziz bildirib ki, 31 yaşlı Nurmaqomedov, ailəsindəki itkiyə baxmayaraq, ABŞ-lı Castin Getji ilə 2020-ci ildə döyüşəcək.
“Həbibin qəlbi sınıqdır, lakin, ən azından, onun atası ümid edirdi ki, oğlu idmanda irs qoymaq üçün döyüşməyə davam edəcək”, – deyə menecer qeyd edib.
Xatırladaq ki, daha öncə UFC prezidenti də rusiyalı idmançı haqda danışıb.






























