Pakistan Qəzza sektorunda yerləşdirilməsi planlaşdırılan Beynəlxalq Stabiliziya Qüvvələri (BSQ) missiyasında iştirak etməyə hazırdır.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Pakistanın xarici işlər nazir İshaq Dar bldirib.

O deyib ki, ölkəsi BSQ tərkibində Qəzzaya hərbi kontingent göndərmək məsələsini gözdən keçirir, lakin yekun qərar mandatın missiyasının dəqiqiləşdirilməsindən sonra qəbul ediləcək.

“Bizim rolumuz sülhün qorunub saxlanılmasından ibarət olacaq”, – deyə o qeyd edib.

“Tərk-silah olmağa vadar etmək isə bizim öhdəliklərimizə daxil deyil. HƏMAS-ın tərk-silah edilməsi – Fələstin hüquq-mühafizə orqanlarının məsuliyyətidir”, – deyə İshaq Dar əlavə edib.

XİN başçısı bildirib ki, artıq İndoneziya da BSQ çərçivəsində 20 minə yaxın hərbçi göndərməyə hazır olduğunu elan edib, Pakistan Baş naziri Şahbaz Şərif isə öz ölkəsinin bu təşəbbüsdə iştirakını müsbət qiymətləndirib.

 

Əvvəlki məqaləHərbi vəzifəlilərlə təlim toplanışı keçirilib
Növbəti məqalədəAzərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə edilir