Bu gündən Polşa Gürcüstan vətəndaşlarına iş vizasının sadələşdirilmiş qaydada verilməsini dayandırıb.

Az.shafaqa.com xəbər verir ki, bu barədə qərar rəsmi şəkildə Polşa hökuməti tərəfindən təsdiqlənib.

Qərara əsasən, artıq iş vizası əldə etmiş gürcü vətəndaşları həmin vizanın müddəti bitənə qədər Polşada işləməyə davam edə biləcəklər. Yeni qaydalar qüvvəyə minənədək səfirliyə daxil olmuş müraciətlər isə əvvəlki prosedurla işlənəcək.

Xatırladaq ki, əvvəlki sistemdə Polşada işəgötürən sadəcə yerli ofisə ərizə təqdim edir, bundan sonra gürcü vətəndaşı səfirlikdə müsahibə vermədən 2 illik iş vizası ala bilirdi.

Polşa hökumətinin qaydaları sərtləşdirməsi bu ilin avqustunda qəbul edilən qərar çərçivəsində həyata keçirilir. Ölkənin Ailə, Əmək və Sosial Müdafiə Nazirliyinin məlumatına görə, dəyişikliklər Aİ-nin Gürcüstandakı siyasi durumla bağlı vizasız rejimin məhdudlaşdırılması ehtimalını müzakirəyə çıxarması ilə əlaqədardır.

Rəsmi statistikaya əsasən, 2024-cü ildə Polşada işləyən Gürcüstan vətəndaşlarının sayı 47 086 nəfər olub.

Hazırda sadələşdirilmiş iş vizası prosesi yalnız Ermənistan, Belarus, Moldova və Ukrayna vətəndaşları üçün qüvvədə qalır.

Əvvəlki məqalə44 nəfər Gürcüstandan deportasiya edildi
Növbəti məqalədəHərbi vəzifəlilərlə təlim toplanışı keçirilib