Tehran nüvə sazişinin yerinə yetirilməsinə qayıtmağının şərtini səsləndirib.
Az.shafaqna.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə İran televiziyası ilə yayımlanan hökumətin iclasında İranın prezidenti Həsən Ruhani bəyan edib.
“Biz həmişə demişik – öz öhdəliklərinizə geri dönün, bundan bir saat sonra biz öz öhdəliklərimizə qayıdacağıq”, – dövlət başçısı deyib.
Co Bayden administrasiyasının işə başlamasına toxunan Ruhani bildirib ki, bütün dünya ABŞ-ın nüvə sazişinə qayıtmasını istəyir.
Daha öncə Ağ Ev Baydenin müttəfiqlərlə İranla danışıqlar planını müzakirə etməyə hazırlaşdığını bildirmişdi. Tehran isə bəyan etmişdi ki, ABŞ-la danışıqlar İranın planlarına daxil deyil, bu istiqamətdə istənilən inkişaf Vaşinqtonun praktiki addımlarından, o cümlədən sanksiyaların ləğvindən asılıdır.