Türkiyə prezidenti İrana səfər edəcək.

Az.shafaqna.com xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, səfər prinsipcə razılaşdırılsa da, hazırda Rəcəb Tayyib Ərdoğanın Tehrana gəlişinin tarixinin müəyyənləşdirilməsi prosesi gedir.

Xatırladaq ki, Türkiyə XİN başçısı Hakan Fidan noyabr ayının sonunda İrana gedib. O, burada yüksək səviyyəli görüşlər keçirib.

Əvvəlki məqaləBDU-nun bu korpusu əsaslı təmir olunacaq
Növbəti məqalədəGürcüstandan Azərbaycana heyvan idxalına qoyulan məhdudiyyət aradan qaldırılıb