Litvada keçirilən təlimlər zamanı NATO-nun döyüş qrupunda xidmət edən belçikalı hərbçi ölüb.
Az.shafaqna.com xəbər verir ki, 28 noyabrda baş verən minaatan insidenti nəticəsində ağır yaralanan əsgər ertəsi gün aldığı xəsarətlərin təsirindən ölüb.
O, Belçikanın hərbi kontingenti ilə birlikdə NATO missiyasında xidmət edirdi.
Belçikanın müdafiə naziri Teo Franken məlumatı təsdiqləyib.
Şərq cinahı çərçivəsində Litvada yerləşdirilən çoxmillətli NATO döyüş qrupu Almaniyanın rəhbərliyi altında fəaliyyət göstərir.
Bu məqaləni paylaş
