
Şri-Lankada daşqınların yaratdığı fəlakət böyüməkdədir — ölənlərin sayı 193 nəfərə yüksəlib, 220-dən çox insanın taleyi isə hələ də məlum deyil.
Az.shafaqna.com xəbər verir ki, ölkə prezidenti Anura Kumara Dissanayake “Ditva” siklonunun ağır nəticələrinə görə ölkədə fövqəladə vəziyyət elan edib.
Təbii Fəlakətlərin İdarə Edilməsi Mərkəzi (DMC) xəbərdarlıq edir ki, qarşıdakı günlərdə siklonun təsiri ilə ölkənin müxtəlif bölgələrində yeni güclü yağışlar gözlənilir.
İtkin düşənlər arasında Çalay laqunasında daşqınlara qarşı mübarizə aparan Hərbi Dəniz Qüvvələrinin beş əməkdaşı da var.
Fəlakət nəticəsində ölkə üzrə təxminən 15 min ev tamamilə dağılıb, 44 minə yaxın sakin isə təhlükəsizlik səbəbi ilə yaşadıqları yerləri tərk etməyə məcbur olub.






























