Bu gecə Gürcüstanda hərəkətə tətbiq edilən məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib.
Az.shafaqna.com “Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, komendant saatı ilə razı olmayan fəallar Şota Rustaveli prospektində axşam 21.00-dan səhər 05:00-a qədər yürüş ediblər.
Qeyd edək ki, analoji aksiya bir neçə gün öncə də təşkil olunmuşdu. O zaman iştirakçıların bəziləri 2 min lari (600 dollar) məbləğində cərimələnmişdilər. Hərəkətə məhdudiyyət tələbinin təkrar pozulmasına görə qanunda 3 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Xatırladaq ki, məhdudiyyətlərin tətbiqinin Gürcüstanın 3 şəhərində – Tbilisi, Kutaisi və Rustavi – martın 1-nə qədər uzadılması haqqında qərardan sonra bu şəhərlərdə kütləvi etiraz aksiyaları vüsət alıb.
Bu məqaləni paylaş