İsrail hərbçiləri Suriya ərazisinə hücum edib.
Az.shafaqna.com xəbər verir ki, Dəməşq əyalətinin Beyt-Cən şəhəri səhər saatlarında İsrail hərbi vertolyotları tərəfindən bombardmana məruz qalıb.
Nəticədə 13 dinc suriyalı həyatını itirib, 25 nəfər isə yaralanıb. İsrail hərbçiləri həmçinin şəhərə hərbi müdaxilə də ediblər.
Bundan başqa, Qunəytra əyalətinin Təl-Əhmar yaşayış məntəqəsi artilleriya zərbələrinə məruz qalıb.
Qeyd edək ki, adıçəkilən yaşayış ərazi Qolan yüksəkliklərində yerləşir. Ümumilikdə 3 zərbə endirilib.
Hücumdan öncə isə İsrail hərbçiləri sərhədi keçərək Tel-Əhmarda reyd keçirmişdi.
Bu məqaləni paylaş
