Fransada könüllü hərbi xidmətin tətbiqi elan edilib

Az.shafaqna.com xəbər verir ki, Fransa gənclər üçün könüllü hərbi xidmət proqramını işə salır.

Bunu Fransa prezidenti Emmanuel Makron İzer departamentindəki hərbi bazada çıxışı zamanı elan edib.

Qeyd edilib ki, bu təşəbbüs peşəkar müqaviləli ordu ilə yanaşı, ölkənin “mövcud risklərə və təhdidlərə” daha çevik reaksiya verməsi üçün nəzərdə tutulub.

“Biz məcburi hərbi çağırış sisteminə qayıtmaq niyyətində deyilik, amma müdafiəmizi gücləndirmək üçün millətin səfərbərliyinə ehtiyac var. Bu, hansısa düşmənə qarşı deyil, hazırlığımızı artırmaq və bizə hörmət edilməsini təmin etmək üçündür”, – deyə o bildirib.

Makron əlavə edib ki, yeni milli xidmət proqramı gələn yaydan tətbiq olunacaq.

Bu məqaləni paylaş