Avropa Parlementinin deputatları 16 yaşadək olan şəxslərin sosial şəbəkələrə girişinin məhdudlaşdırılması çağırışı ilə çıxış ediblər.

Az.shafaqna.com xəbər verir ki, deputatlar Avropa İttifaqının (Aİ) bütün ölkələrində sosial şəbəkələrə girişlə bağlı vahid minimal yaş həddinin müəyyən edilməsini istəyirlər.

Üstəlik, 13-16 yaşlı uşaqlara isə sosial şəbəkələrə giriş yalnız valideynlərinin razılığı ilə təqdim edilməlidir.

483 deputat “lehinə”, 92 deputat “əleyhinə” səs verib və 86 deputat isə səsvermədə iştirak etməyib.

Beləliklə də, Avropa Parlamenti uşaqların fiziki və psixi sağlamlıqları üçün risklərin mövcudluğu ilə bağlı dərin narahatlığın ifadə edildiyi məruzəni qəbul edib. Sənəddə həmçinin sosial şəbəkələrdən asılılığı gücləndirən manipulyativ strategiyalardan da müdafiənin artırılması çağırışı da var.

AP əlavə edib ki, bu cür sistemlər platformaları uşaqlar üçün rəqəmsal təhlükəsizlik qaydalarına riayət etmək məsuliyyətindən azad etmir. Bundan başaqa, AP-ın bu qərarı qanun deyil. Sənədin qüvvəyə minməsi üçün Avropa İttifaqı Şurasının da oxşar qərar qəbul etməsi lazımdır.