Roma papası XIV Leo yaxın günlərdə Türkiyə və Livana səfər etməyə hazırlaşır.

Az.shafaqna.com xəbər verir ki, bu, onun Vatikanın rəhbəri seçildikdən sonra ilk xarici səfəri olacaq.

XIV Leonun bu səfəri dini mahiyyətli olacaq.

Məlumata görə, o, əvvəlcə Türkiyəyə gedəcək və burada Pravoslav kilsəsinin yubiley mərasimində yer alacaq.

O, həmçinin İstanbulda Konstantinopol Pravoslav Kilsəsinin lideri I Varfolomeylə görüşəcək.

Papanın Türkiyəyə səfəri noyabrın 27-dən 30-dək davam edəcək.