Banqladeşdə ölkənin bütün evsizlərinin evlə təmin edilməsini nəzərdə tutan irimiqyaslı layihəyə start verilib.
Az.shafaqna.com xəbər verir ki, “Aş-rayan-2” adlı layihənin virtual açılışını baş nazir Şeyx Xasina edib.
“Müstəqilliyimizin 50-ci ildönümündə Banqladeşdə evsiz qalmayacaq. Bizim hökumətimiz bu məqsədə çatmaq üçün qızğın fəaliyyət göstərir”, – baş nazir deyib.
Hökumət rəsmiləri vəd veriblər ki, ölkə üzrə ümumilikdə 885 622 evsiz və yoxsul şəxs mənzillə təmin ediləcək.
İlk mərhələdə 66 189 ailəyə evlər təqdim olunub. Fevralda daha 100 000 ailə şəxsi evə sahib olacaq.
Qeyd edək ki, hər ev 2 otaq, mətbəx, sanitar qovşağı və eyvandan ibarətdir.
Bu məqaləni paylaş