Nəcəf-Kərbəla şəhərləri arasında yaşıllaşdırma işləri start götürüb.

Az.shafaqna.com IQNA-ya istinadən xəbər verir ki, təşəbbüskar qismində Həzrəti Abbas (ə) Hərəmi çıxış edir.

Adıçəkilən iki şəhər birləşdirən “Ya Hüseyn (ə) Yolu” boyu ağacəkmə kampaniyası başlayıb.

Qeyd edilib ki, əkilən ağaclar Ərbəin ziyarəti dövründə isti havalar şəraitində zəvvarların rahatlığına xidmət edəcək.

İlk mərhələdə Kərbəladan Xan ən-Nas bölgəsinə kimi olan məsafə yaşıllaşdırılır.

Əvvəlki məqaləİlham Əliyevin Kəlbəcərin işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşımı ▶️
Növbəti məqalədəMilli Məclisin növbəti plenar iclası başlayıb