Braziliyada gender-neytral sözlərin istifadəsi qadağan edildi

Braziliyada dövlət orqanları rəsmi sənədlərdə artıq cinsiyyətcə neytral ifadələrdən istifadə etməyəcək.

Az.shafaqna.com xəbər verir ki, bu qadağanı ölkə lideri Luiş İnasio Lula da Silva imzalayıb.

Qanun imzalanmadan əvvəl sənədlərdə todos (“hər kəs”) əvəzliyi işlədilə bilirdi. Portuqal dilində bu söz eyni zamanda “hər bir” (“todo”) ifadəsinin kişi cinsində cəm variantıdır. Bu sözü əvəz etmək üçün todestodxs formaları istifadə olunurdu.

Lakin qanun imzalandıqdan sonra məmurlardan klassik portuqal dilinin dil qaydalarına əməl etmək tələb olunur.

Qeyd edək ki, gender-neytral sözləri özünü heç bir cinsə aid etmədiyini iddia edən şəxslər istifadə edir.

Bu məqaləni paylaş