Ermənistanla Türkiyə arasında son dövrlər aparılan intensiv və konstruktiv siyasi danışıqlar iki ölkə arasında münasibətlərin yaxın vaxtlarda rəsmi çərçivəyə salınacağı ilə bağlı ümidləri artırır.

Az.shafaqna.com xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri və iqtidar fraksiyasının üzvü Sarkis Xandanyan İstanbulda keçirilən ATƏT Parlament Assambleyasının iclasında səsləndirib.

Xandanyan deyib ki, İrəvanla Ankara arasında münasibətlərin normallaşması prosesindən müsbət nəticələr gözləməmək mümkün deyil və gələcəyə nikbin baxırlar.

O əlavə edib ki, Ermənistanla Azərbaycan arasında da sülhün artıq formalaşdığına inanır.