
Az.shafaqna.com 360 telekanalına istinadən xəbər verir ki, Çeçenistan başçısı Ramzan Kadırov Çeçenistanın bütün rəsmi sosial şəbəkə səhifələrini izləməyən yerli məmurları danlayıb.
“Onlar bizim yol yoldaşlarımız deyil, onlar bizim üçün təhlükəlidir”, – deyə o bildirib.
Kadırov əlavə edib ki, əgər bir insanın “Instagram”-da səhifəsi varsa, o, necə “Qroznı” kanalına abunə olmaya bilər!?
Onun fikrincə, vətənindəki hadisələrlə maraqlanmayan Çeçenistan dövlət qullquçusunu pis işçi hesab etmək olar.






























