Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli PKK terror təşkilatının lideri Abdulla Öcalan ilə görüşməyə hazır olduğunu deyib.

Az.shafaqna.com xəbər verir ki, o, 3 dostu ilə birlikdə İmralı adasına getməyə hazır olduğunu əlavə edib.

Xatırladaq ki, 1999-cu ildə həbs edilən Öcalan 26 ildir İmralı adasında yerləşən xüsusi həbsxanada saxlanılır.

Öcalan bir müddət öncə PKK üzvlərinə silahı yerə qoymaq çağırışı edib.