
İranın Məşhəd şəhərində yerləşən Müqəddəs Qurani-Kərim Muzeyi dünyadakı ilk ən ixtisaslaşmış Quran muzeyi hesab edilir.
Az.shafaqna.com xəbər verir ki, İmam Rza (ə) hərəm kompleksinin ərazisində yerləşən muzeydə çox saylı nüsxələrlə yanaşı pak Əhli-Beyt ailəsinə (ə) aid edilən 17 Qurani əlyazma və broşür də qorunub saxlanılır.
Müxtəlif dəyərli əsərlərlə yanaşı, burada İmam Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), İmam Səccad (ə) və İmam Rzaya (ə) aid əlyazma Quran nüsxələri sərgilənir.
Xatırladaq ki, Xorasan-Rəzəvi əyalətinin paytaxtında yerləşən İmam Rza (ə) ziyarətgahı əsrlər boyu ən dəyərli əsərlərin qorunub saxlanıldığı bir yerdir.
Kompleks ərazisində Gövhərşad məzidi, muzey, kitabxana, 4 seminariya, məzarlıq, Rəzəvi İslam Elmləri Universiteti, zəvvarlar üçün yeməkxana, geniş ibadət zalları və digər əhəmiyyətli yerlər fəaliyyət göstərir.






























