
Az.shafaqna.com-un verdiyi xəbərə görə, Çin xarici işlər naziri Van Yi strateji məsləhətləşmələr aparmaq məqsədilə Mərkəzi Asiyada üç ölkəni əhatə edən bir səfərə çıxır.
Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Van Yi 19–22 noyabr tarixlərində Qırğızıstan, Özbəkistan və Tacikistanı ziyarət edəcək.
Məlumata görə, Van Yi Bişkek, Daşkənd və Düşənbədə öz həmkarları Cenbek Kulubayev, Baxtiyar Saidov və Siracəddin Muhriddin ilə görüşəcək.






























