
Az.shafaqna.com-un verdiyi xəbərə görə, PKK terror təşkilatının silahlı birləşmələri İraqın şimalındakı Zap bölgəsindən tamamilə çəkilib.
Rusiya mətbuatının məlumatına əsasən, PKK bu barədə rəsmi açıqlama yayıb.
Təşkilatın bəyanatında vurğulanıb ki, geri çəkilmə “kürd məsələsi”nin sülh yolu ilə həllinə və Türkiyədə demokratik proseslərin irəliləməsinə real töhfə verəcək.



























