Türkiyədə keçirilən bir futbol matçında qeyri-adi hadisə yaşanıb – oyun zamanı ümumilikdə 24 futbolçu meydandan qovulub.

Az.shafaqna.com xəbər verir ki, hadisə Regional Həvəskar Liqasın çərçivəsində “Murgulspor” – “Rize Atletikspor” görüşündə baş verib.

Matçın ilk hissəsi “Murgulspor”un 1:0 üstünlüyü ilə başa çatdıqdan sonra komandalar arasında gərginlik yaranıb və qısa müddətdə dava düşüb.

Təhlükəsizlik qüvvələri bir neçə dəqiqə davam edən qarşıdurmanı dayandırmağa nail olub. Bundan sonra hakim qayda pozuntularını nəzərə alaraq ümumilikdə 24 qırmızı vərəqə göstərib və oyunu dayandırmaq qərarına gəlib.

Hadisə ilə bağlı yekun qərarı Türkiyə Futbol Federasiyası verəcək.

Əvvəlki məqaləAnti-Rusiya sanksiyası ABŞ-da yanacaq qiymətini artırdı
Növbəti məqalədəİlham Əliyev “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ni təsdiq edib