“Rosneft” və “Lukoil” şirkətlərinə qarşı tətbiq olunan sanksiyalar ABŞ-da dizel yanacağının orta qiymətinin artmasına səbəb olub.

Az.shafaqna.com xəbər verir ki, emal müəssisələrinin satış qiymətindəki son artım müəyyən dərəcədə ABŞ-ın bu iki Rusiya şirkətinə qarşı planlaşdırdığı sanksiyalarla bağlı qeyri-müəyyənlikdən irəli gəlir.

O həmçinin xatırladıb ki, Avropa İttifaqı yanvar ayında Rusiya mənşəli yanacaq məhsullarına əlavə məhdudiyyətlər tətbiq edib və bu da vəziyyəti daha da gərginləşdirib.

ABŞ Avropa və Asiyada emal marjaları son illərin – ən azı 2018-ci ildən bəri – ən yüksək səviyyəsinə çatıb. Xəbərdarlıq edilir ki, ixrac axınında baş verə biləcək ciddi fasilələr dünya yanacaq bazarında ciddi sarsıntılara yol aça bilər.

Digər tərəfdən, ABŞ Maliyyə Nazirliyi sanksiyalara baxmayaraq, “Lukoil”in xarici aktivləri ilə bağlı bəzi əməliyyatlara icazə verən lisenziyaların müddətini 21 noyabrdan 13 dekabra qədər uzadıb.

Əvvəlki məqaləBDU ilə Koreyanın Sejonq Universiteti arasında anlaşma memorandumu imzalanıb
Növbəti məqalədəFutbol qarşılaşmasında 24 qırmızı vərəqə göstərilib – TÜRKİYƏDƏ