“Təəssüf ki, Ukrayna prezidenti Vladimiz Zelenski hakimiyyəti Gürcüstan xalqına qarşı nankorluğu ilə fərqlənir”.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan edib.

Bununla belə, gürcü spiker Ukrayna üçün sülh arzuladığını və Ukrayna xalqının layiqli rəhbərliklə təqdim olunmasını istədiyini bildirib.

Biz Ukrayna hakimiyyətinin Gürcüstan xalqına qarşı qeyri-dostcasına münasibət sərgilədiyini görürük. Hər şeydən öncə, bu, Ukrayna rəhbərliyindən gördüyümüz böyük nankorluqdur. Ukrayna hakimiyyətinə artıq prezidentlərdən birinin kabinetində sənə yardım edildikdə minnətdarlığın ifadə edilməli olması və nankorluq edilməməsi barədə irad bildirilib. Təəssüf ki, Zelenski hakimiyyəti Gürcüstan xalqına qarşı öz nankorluğu ilə seçilir“, – deyə o qeyd edib.

Gürcüstan xalqı Ukraynaya göstərdiyi dəstəyin qarşılığında belə cavab alır: (Ukrayna tərəfi) əvvəlcə bizə gizli şəkildə (eks-prezident Mixail) Saakaşvilini göndərdi, o cümlədən də Podolyakın bəyanatı vasitəsilə bizi Rusiya ilə eskalasiyaya sürükləməyə çalışdılar. Ukraynadan bizə deyirdilər ki, biz də, ola bilsin ki, işğal edilmiş müxtəlif regionlarda gəzişə bilərdik və sair. Gürcüstan xalqına qarşı bu cür münasibət sərgiləyirlər“, – deyə o əlavə edib.

Burada problem hər hansısa konkret şəxsdə deyil. Problem Gürcüstanda xarici bayraqları dalğalandırmaqla məşğul olan beşinci kolondan gedir. Siz xatırlayırsınız, onlar üçün, çox güman ki, məhz bu cür insanlar hələ də, o cümlədən də Gürcüstanda da arzuolunan liderlər olaraq qalırlar“, – deyə Papuaşvili vurğulayıb.

Deyəcəyim başqa bir şey yoxdur, yalnız Ukraynaya sülh arzu edirəm və istəyərdim ki, Ukrayna xalqı layiqli hökumətlə təmsil olunsun“, – deyə o bildirib.

Əvvəlki məqaləAvtobusların yürüşünə limit qoyuldu – YENİ QƏRAR
Növbəti məqalədəNazir tamştatlı müəllim konseptinin həyata keçiriləcəyi vaxtı açıqlayıb